6 Fevral 2018 14:20
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Aynurə Rüstəmovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

İttihama görə, Aynurə Rüstəmova ötən il qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının anasından icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatı xilas edilib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Aynurə Rüstəmova barəsində həbs qətimlan tədbiri seçilməyib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

İki qız anası olan Aynurə Rüstəmova özünü təqsirli bilib. Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə zamanı həyat yoldaşı evdə yataq xəstə olub: “Evdə söz-söhbət oldu deyə həmin hadisə baş verdi. Qızım Cəmalə qapının qarşısında dayanmışdı. Ona dedim ki, gəl, bu tərəfə keç, amma mən deyəni etmədi. Sonra da məlum hadisə baş verdi”.

O, dindirilmə zamanı istintaqa həyat yoldaşından ayrı yaşadığını deyib: “Evlərdə xadiməlik edirəm, uşaqlarımı əziyyətlə böyütmüşəm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, böyük qızı onun sözlərinə qulaq asmayıb: “Axşam tərəfi qızım çimərliyə getdi, oradan da gec qayıtdı. Gələn kimi evin ikinci mərtəbəsinə qalxdı. Onu çağırdım ki, niyə icazəsiz çimərliyə getmisən, həm də gec gəlmisən. Qızım mənə qulaq asmadı, onu bıçaqla vurdum”.

Təqsirləndirilən qadın bıçaqladığı qızının xanəndə olduğunu bildirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər