5 Mart 2018 13:48
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayonunun Xəqani küçəsində yerləşən mənzillərdən birindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə zərərçəkən qadın Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsinə məlumat verib.

O bildirib ki, evə elektrik adı ilə daxil olan bir nəfər başının qarışmasında istifadə edərək mənzildən 4000 manat oğurlayaraq hadisə yerindən qaçıb.

Həyata keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rasim Məmmədov saxlanılıb.

Onun üzərinə şəxsi axtarış keçirilən zaman evdən oğurladığı pulların bir qismi aşkar olunaraq götürülüb. O, ifadəsində oğurluğu etdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər