7 Mart 2018 23:13
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun mərkəzində - Səttarxan küçəsində yaşayan 1991-ci il təvəllüdlü Aysel Ağaşova naməlum şəraitdə bıçaqlanıb.

Yaralı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Aysel Ağaşovanı dindirmək mümkün olmayıb. Bu səbəbdən onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər