Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Kürdəxanı qəsəbəsində 1977-ci il təvəllüdlü Elşad Qəhrəmanov xalası oğlu Rauf ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Nəticəsində Rauf Elşad Qəhrəmanova 3 bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə əvvəlcə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Cinayəti törədən şəxs saxlanılıb.
Məlumata görə, qohumlar arasında mübahisə pul borcu üstündə yaranıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.