8 Avqust 2014 13:17
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Şəmkir rayonu Düyərli kəndinin ərazisində qeydə alınıb. Göygöl rayon sakini Səbuhi İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zəyəm-Cırdaxan kənd sakinləri Dinarə Bayramovanı, onun azyaşlı oğlu Fəqanı və azyaşlı qızı Gültacı vurub. Uşaqlar hadisə yerində ölüb, Dinarə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: