Beyləqanda mənzildə meyit aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, Beyləqan şəhər Nizami küçəsi ev №7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının uzun müddət evdən çıxmamasından narahat olan qonşular DİN-in 102 “qaynar xətti”nə məlumat verib. Daxil olmuş məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları R.Əsədovanı yaşadığı mənzilə daxil olaraq, qadını orada ölmüş vəziyyətdə aşkarlayıb.
R.Əsədovanın qətlə yetirildiyi ehtimal olunur.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb. (APA)