Oğlunu 20 ildən çox qəfəsdə saxlayan ata həbs olunub.
Teleqraf.com xəbər verir ki, hadisə Yaponiyada baş verib.
Sanda şəhərində 73 yaşlı Yoşitane Yamaski oğlunu 20 ildən çox qəfəsdə saxladığı iddiası ilə saxlanılıb.
Yamaskanın həyat yoldaşının vəfat etməzdən əvvəl cütlüyə xidmət edən sosial işçi yanvar ayında 73 yaşlı qocada əqli problemlər hiss etdiyini polisə xəbər edib. Bundan sonra polis Yoşitane Yamaski ilə bağlı araşdırmalara başlayıb.
Araşdırmalardan sonra həbs olunan ata xəstəliyi səbəbindən oğlunu 16 yaşından qəfəsdə saxladığını deyib, bildirib ki, hər gün oğluna yemək və su, həftədə bir dəfə çimməsinə icazə verib.
Yoşitane Yamaskinin oğlu hazırda 42 yaşındadır. Onurğasının əyilməsi istisna olaraq onun səhhətində problemin olmadığı açıqlanıb. Fakt ortaya çıxdıqdan sonra 42 yaşlı oğul sosial yardım təşkilatına aparılıb.