13 Avqust 2014 17:24
2 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabunçu rayon Məhkəməsində ilahiyyətçi Taleh Bağırovun məhkəməsi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Taleh Bağırov Cinayət Məcəlləsinin (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham edilib. Məhkəmənin hökmü ilə Taleh Bağırov 4 il müddətinə azadlıqdan məhrum edilib. Ona təyin edilmiş əvvəlki cəzası da birləşdirilərək Taleh Bağırovun barəsində 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Qeyd edək ki, Bakı İstintaq təcridxanasında cəza çəkən 1984-cü il təvəllüdlü Taleh Kamil oğlu Bağırovun saxlandığı kameraya və üzərinə baxış keçirilən zaman çarpayının baş tərəfində hazırlanmış gizli saxlanc yerindən daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Taleh Bağırov bundan əvvəl də Sabunçu rayon Məhkəməsində mühakimə olunub və 2 il müddətinə azadlıqdan məhrum edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə “Makarov” tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.

Məlumatda o qeyd olunub ki, 2013-cü ilin aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb birinci mərtəbənin şüşələri sındırılıb və divarına “Taleh Bağırova azadlıq!” sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər