20 İyun 2018 16:38
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, Tərtər rayon sakini polis şöbəsinə yaşadığı evdən qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Polis əməkdaşları hadisə yerinə baxış keçirib, 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon Bəyimsarov kənd sakini Heydər İsmayılov saxlanılaraq istintaqa cəlb olunub.

Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanmış qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər