Tərtər rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 4000 manat oğurlanması barədə Tərtər rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqərvənd kənd sakini Ramin Əliyev saxlanılıb.
Onun daha bir evdən qızıl əşyalar oğurladığı da müəyyən edilib.