Bu ilin 6 ayı ərzində Daxili İşlər orqanları prokurorluqla birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188, o cümlədən 23 ağır və xüsusilə ağır cinayət açılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib.
Məlumata görə, məhkəmədən, istintaq və təhqiqat orqanlarından yayınan 1864 (+257), o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 296 (-50) təqsirləndirilən şəxs tutulub.