3 Avqust 2018 10:56
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Emil Hüseynovun bəraət istəməsi barədə apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Hüseynov 9 il cəza alıb. Zamində olan Emil Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalında həbs edilib.

İttihama görə, təqsirləndirilən Emil Hüseynov Emin Məmmədovdan külli miqdarda pul alaraq Elnar Əsgərova (keçmiş Nəqliyyat nazirinin müavinin oğlu-red.) verib.

Emil Hüseynov eyni zamanda Tural Hüseynovun etibarından sui-istifadə edərək, onun 382 min dollar, Namiq Mehdiyevin 80 min manat, Emil Məmmədovun 2 milyon 500 min dollar, Mərziyyə Rzayevanın isə 19 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət materiallarına əsasən, Emil Hüseynov həmin vətəndaşları Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə aldadıb.

Cinayət işində ümumi ziyan 9 milyon manatdır.

Emil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Elan olunmuş ittiham üzrə Emil Hüseynov özünü qismən təqsirli bilib.

Qeyd ki, Emil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbiri sonradan ev dustaqlığı ilə əvəz edilib. O, sabiq Nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Emil Hüseynovun digər qardaşı Rahib Hüseynov da eyni ittiham üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun işinə hakim Mirzə Xankişiyev baxır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər