Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alqı-satqısında təqsirli bilinən Sadiq Salmanovun məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Sadiq Salmanov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Sadiq Salmanov Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Qobu qəsəbə sakini Sadiq Salmanovun İrandan gətirdiyi narkotik vasitəni evində saxladığı barədə polisə məlumat daxil olub.
Sadiq Salmanov ifadəsində bildirib ki, ona bu təklifi əvvəllər tanıdığı İran vətəndaşı olan Əlimuxtar adlı şəxs verib. Onun sözlərinə görə, iranlının təklifi ilə narkotik alveri ilə məşğul olub.
Hacı Zeynalov