Bakının Yasamal rayonunda əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunan Fatma Məlikova barəsində cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, Fatma Məlikova gəlir əldə etmək məqsədilə Sahibə Məmmədovanı (ad və soyad şərtidir – red.) fahişəliyə cəlb edib.
O, Sahibə Məmmədovanı kişi müştərilərlə görüşdürüb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının əməliyyat nəticəsində Fatma Məlikovanın əməli ifşa edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. İş hakim Azər Tağıyevin sədrlik etdiyi qapalı iclasda araşdırılır.