10 Sentyabr 2018 15:16
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Elçin Əhmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Elçin Əhmədovun apelyasiya şikayəti təmin edilməyib.

Hökmdən narazı qalan Elçin Əhmədov apelyasiya şikayəti vermi, barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Elçin Əhmədov vətəndaşları dövlət orqanlarında işə düzəldəcəyi vədini verib, onların ümumilikdə 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

Elçin Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olub. O, sonradan işdən çıxarılıb.

İstintaq orqanı tərəfindən Elçin Əhmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər