Qazax rayonunda arvadı və oğlunu bıçaqlayan həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Qazax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində arvadı Pərvanəyə və oğlu Nihada bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vuraraq hadisə yerini tərk etmiş Nemət Xasməmmədov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov