19 Sentyabr 2018 13:10
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaşlara qarşı dələduzluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon rolis İdarəsi 18-ci polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində dələduzluq yolu ilə insanları aldadaraq onların pullarını mənimsəyən şəxslər saxlanılıb.

Bakı şəhər sakini Çərkəz Həsənov polisə müraciət edərək bir müddət əvvəl Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində Nizami və Fərid adlı şəxslərlə tanış olduğunu və həmin şəxslər tərəfindən 2400 ABŞ dollarının mənimsənildiyi barədə məlumat verib.

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Cəlilabad rayon sakini Taleh Həşimov və Biləsuvar rayon sakini Röyal Həsənov saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslərin zərərçəkəni Rusiyaya geyim əşyaları göndərməkdə ona köməklik göstərəcəkləri adı altında aldadaraq metronun Nərimanov stansiyasının yaxınlığında qeyd edilən miqdarda pulu dələduzluq yolu ilə əldə etdikləri məlum olub.

T.Həşimov və R.Həsənovun verdiklərə vədə əməl etmədiyini görəndən sonra zərərçəkən bu barədə polisi məlumatlandırıb.

Saxlanılan şəxslər ifadələrində daha iki nəfəri eyni üsulla aldadaraq pullarını ələ keçirdiklərini bildiriblər.

Qeyd edək ki, T.Həşimov özünü zərərçəkənlərə Nizami, R.Həsənov isə Fərid kimi təqdim edib.

Faktlarla bağlı 18-ci polis şöbəsində toplanan material araşdırılması üçün Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

T.Həşimov və R.Həsənovun əməllərindən zərərçəkən və hələ də polisə məlumat verməyən başqa şəxslər varsa bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinə və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər