21 Avqust 2014 14:33
662

Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, Bakı şəhər sakini Kamil Abdullayevin döyülməsi və ona məxsus marketdə qaz tapançasından atəş açılması barədə verilmiş məlumatla əlaqədar Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Cavidan Cəbrayılzadə və qardaşı Kamran tutulublar. C.Cəbrayılzadədən “Umarex” markalı qaz tapançası götürülüb.

Hacı Zeynalov


Müəllif: