Şəmkir rayonunda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinə Şəmkir rayonunun Dəllər-Cəyir kənd sakini Eynur Əliyevin yaşadığı rayonda narkotik maddələrin satışı, eyni zamanda kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Daxil olmuş məlumatın yerində yoxlanılması üçün Regional Şöbənin əməkdaşları Eynur Əliyevin Dəllər-Cəyir kəndindəki yaşadığı evə baxış keçiriblər.
Aqronom mütəxəssislərin və hal şahidlərinin iştirakı ilə evin həyətində qurulan istixananın kənarında aqrotexniki qaydada yetişdirilən 11 ədəd çətənə kolu aşkarlanıb.
Əvvəllər məhkumluq həyatı yaşayan Eynur Əliyev saxlanılıb.