20 Oktyabr 2018 18:36
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində 2 evdən pul, gümüş, geyim və məişət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Həsən Allahverdiyev və Tamerlan Yusifli saxlanılıblar.

Həsən Allahverdiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov