23 Avqust 2014 00:20
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:20

Yasamal rayonunun bir hissəsi işıqsız qalıb. Hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, Badamdarda benzindaşıyan maşının aşması partlayışa səbəb olub.

Nəticədə yaxınlıqdakı elektrik naqillərinə ciddi ziyan dəyib. Hazırda rayonun bir hissəsi, xüsusən Yeni Yasamal adlanan ərazi işıqsız qalıb. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

00:10

Bakıda güclü partlayış olub.

Bakının Dairəvi Yolu ağır yol nəqliyyat hadisəi baş verib.

Hadisə Bakı Dairəvi Yolunun paytaxta giriş hissəsində baş verib.

Yanacaq daşıyan maşının aşması nəticəsində 2 dəfə güclü partlayış olub.

Ərazidə keçən yüksək gərginlikli elektrik xətlərinin hamısı sıradan çıxıb.

Teleqraf.com


Müəllif: