12 Noyabr 2018 10:26
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda qətl törətməkdə təqsirli bilinən Zakir İsgəndərov barəsində həbs qətimkan tədbirini seçilməsi barədə müstəntiqin təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Gədəbəy rayon Məhkəməsində hakim Maarif Kazımovun sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin təqdimatı təmin edilib.

Məhkəmənin qərarı ilə Zakir İsgəndərovun barəsində həbs müddəti daha bir ay artırılıb.

Qeyd edək ki, bundan əvvəl də Zakir İsgəndərovun həbs müddəti 3 ay artırılmışdı.

İttihama görə, qətl hadisəsi bu il iyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazindən keçən hissəsində baş verib.

Həmin ərazidə iyulun 2-dən itkin düşmüş Ərtəpə kənd sakini Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Faktla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Zakir İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər