17 Noyabr 2018 11:44
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərgərlik məmulatlarını qanunsuz daşıyan Azərbaycan vətəndaşı Qazaxıstanın Aktau beynəlxalq aeroportunda saxlanılıb.

Teleqraf.com-un “Xabar24”-ə istinadla verdiyi məlumata görə, 11 milyon təngə dəyərində zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Qazaxıstana gətirən Azərbaycan vətəndaşı gömrük nəzarətçiləri tərəfindən yaxalanıb.

Şübhəli istintaqın gedişində öz əməlini etiraf edib. Qazaxıstana vurulmuş zərərin təxminən 3 milyon təngə təşkil etdiyi bildirilir.

Zərgərlik məmulatları ölkə büdcəsinə yönəldilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər