Bakının Yasamal rayonunda baş verən qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, noyabrın 14-də Bakı şəhər sakini İradə Mütəllimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Yasamal rayonunda kirayədə yaşadığı mənzildə tapılıb.
Meyitin tapılması barədə Yasamal rayon Prokurorluğu və polis idarəsinə məlumat daxil olub. Məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Camal Əliyev saxlanılıb.