Bakı polisi soyğunçuluqla məşğul olan şəxsləri həbs edib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də Cəmilə Əhmədovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almış Xırdalan şəhər sakini Faiq Əsədullayev tutulub.
Soyğunçuluqla məşğul olan daha bir şəxsin tutulması üçün əməliyyatı Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları keçirib. Keçirilən əməliyyat nəticəsində mayın 31-də Qorqud İbrahimovun mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Tağıyev tutulub.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov