7 Yanvar 2019 12:44
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, ötən il oktyabrın 24-də şəhər ərazisindəki evlərin birindən 800 manat, 10.000 manat dəyərində qızıl-zinət əşyaları və parfümeriya oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini Elnur Nuriyev, Gəncə şəhər sakinləri Vüsal Əliyev və Əliyar Əliyev saxlanılıblar.

Vüsal Əliyev və Əliyar Əliyevin əvvəllər məhkum olunduqları üzə çıxıb.

Fakt üzrə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər