12 Yanvar 2019 14:13
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Yasamal rayon sakini, 1978-ci il təvəllüdlü Rafael Babayev həbs edilib.

Rafael Babayevin Saray qəsəbəsində yeni aldığı evindən 7 kilo narkotik vasitə hesab olunan tiryək aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov