22 Yanvar 2019 15:38
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonunda dəhşətli qəzanın günahkarlarından biri “Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri Kamil Məmmədovun barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Kamil Məmmədov özünü təqsirli bilməyib.

Növbəti proses yanvarın 29-da davam edəcək.

Kamil Məmmədov Cinayət Məcəlləsinin 265-1.2 (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub.

Nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb.

Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Şaməddin Cəfərov hadisə yerindən yayınıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə sürücülük vəqisəsinin belə olmadığı məlum olub.

Bu səbəbdən sürücü Şaməddin Cəfərova müvafiq sənədləri olmadan sərnişin avtobusunu idarə etmək üçün verən “Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri Kamil Məmmədov da saxlanılıb.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sərnişin avtobusunun sürücüsü Şaməddin Cəfərov barəsində 4, “Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri Kamil Məmmədov barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Şaməddin Cəfərovun barəsində olan cinayət işi ayrıca icraatda araşdırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər