28 Yanvar 2019 14:07
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən R.Məmmədov saxlanılıb.

Ona məxsus “Renault” markalı avtomobilə baxış zamanı marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər