29 Yanvar 2019 16:43
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, yanvarın 25-də paytaxt sakini Fərid Həsənov Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə müraciət edib.

O, bildirib ki, rayon ərazisində yerləşən internet klublarından birindən çıxan zaman tanımadığı şəxs ona yaxınlaşaraq 187 manat pulunu əlindən alıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nərimanov rayon sakini Ceyhun Sultanov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə internet klubda zərərçəkənin pulunu ələ keçirmək istəyib.

Amma orada istəyinə nail ola bilməyən Ceyhun Sultanov Fərid Həsənovun klubdan çıxması gözləyib və ona yaxınlaşıb.

Qeyd edək ki, saxlanılan şəxs zərərçəkənin pul kisəsində olan 197 manatı götürəndən sonra 10 manatı yol pulu etməsi üçün Fərid Həsənovun özünə geri qaytarıb.

Qeyd edilən faktla bağlı 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib

Soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov rayon Polis İdarəsi və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər