30 Yanvar 2019 13:10
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində bir neçə nəfərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olan H.Rüstəmov saxlanılıb.

Bundan başqa, Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olan A.Kazımov tutulub.

Daha bir əməliyyatı Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları keçirib.

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Q.Ağamirzəyeva saxlanılıb.

Hər üç faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər