30 Yanvar 2019 17:14
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda yaşayış evinə basqın etməkə təqsirli bilinən Nadim Ağaxanov və Bəhruz Nurullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Nadim Ağaxanov 9 il, Bəhruz Nurullayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Nadim Ağaxanov və Bəhruz Nurullyev r 2015-ci ildən 2018-ci ilədək Qusar rayon ərazisində bir neçə quldurluq hadisəsi törədiliblər.

Belə ki, Nadim Ağaxanov və tanışı, əvvəllər məhkum olunmuş Bəhruz Nurullayev 2015-ci ilin mart ayında üzlərinə maska taxaraq Qusar rayon sakini Bəhruz Quliyevə məxsus evə giriblər.

Onlar bıçaqla ev sahibinə və ailə üzvlərinə hədə-qorxu gəlib, onu əlindən yaralayıblar. Həmin şəxslər evdən 500 manat pul və qızıl-zinət əşyaları aparıblar.

Nadim Ağaxanov və Bəhruz Nurullayev digər cinayət hadisələri də törədiblər.

Hər iki şəxs Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər