31 Yanvar 2019 14:55
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənimsəmədə təqsirləndirilən Əfsanə Rəhmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Ev dustaqlığında olan Əfsanə Rəhmanovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona şərti cəza verilib.

İttihama görə, Əfsanə Rəhmanova “Modern” mebel şirkətinin Babək prospektində yerlən “Green Wood” mağazasında satış meneceri işləyən zaman şirkətə məxsus malları satıb, əldə edilən qazancı mənimsəyib.

İstintaq sənədlərində ümumi ziyan 108 min manatdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər