Sankt-Peterburqda 17 yaşlı məktəblinin zorlanması faktı üzrə istintaq işləri başladılıb.
Bu barədə “Moskovskiy Komsomolets” xəbər verir.
Məlumata görə, 17 yaşlı məktəbli 27 yaşlı kişi ilə tanış olub. Həmin şəxs dərsdən sonra qızı evinə aparıb və içirib. Daha sonra evdə olan 3 dostu ilə birlikdə içki təsiri altında olan məktəbliyə təcavüz ediblər.
Həmin gecə onlar qurbanlarından yaxa qurtarmaq üçün onu küçədə atıb gediblər. Gənc qızı tapan 36 yaşlı taksi sürücüsü də polisə xəbər vermək əvəzinə, təcavüz edib. Daha sonra avtobus dayanacağında qoyaraq, hadisə yerindən qaçıb.
Yoldan keçənlər küçədə donmuş qızın köməyinə çataraq xəstəxanaya yerləşdiriblər.
Maraqlı fakt budur ki, hazırda qıza təcavüz edən şəxs kimi yalnız taksi sürücüsü ittiham olunur.
Tanış olduğu 27 yaşlı gəncə qızı təhlükədə qoyma maddəsi ilə iş açılıb, zorlama hadisəsində iştirak etmiş qalan 3 kişinin hərəkəti isə qanunauyğun hesab olunub.
/Oxu.az/