Ötən ilin əvvəlindən bu günədək Avropa ölkələrində 137 nəfər Gürcüstan vətəndaşı törətdikləri ağır cinayətlərə görə həbs olunub. Onlardan 9-u qanuni oğru adı almış cinayətkarlardır.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) mütəşəkkil cinayətkarlığa qarşı mübarizə departamentinin rəhbəri Mamuka Çelidze deyib.
Onun sözlərinə görə, Gürcüstan polisi Polşa, Fransa, İspaniya və Yunanıstan hüquq-mühafizə orqanları ilə birlikdə Avropa İttifaqına üzv ölkələrin ərazisində 20-dən çox geniş miqyaslı xüsusi əməliyyat–axtarış tədbirləri həyata keçirib.
Görülən tədbirlər nəticəsində ağır cinayətlər törətməkdə təqsirləndirilən 137 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
“Beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Gürcüstan Daxili İşlər Nazirliyinin prioritetlərindən biridir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı davam etdirəcəyik”, - deyə Mamuka Çelidze söyləyib.