Kiyev polisi Ukrayna prezident administrasiyasının əməkdaşı Aleksandr Buxtatovun qətlində şübhəli bilinən 25 yaşlı Ermənistanın vətəndaşını həbs edib.
Teleqraf.com xəbər verir ki, martın 13-ü yerli vaxtla 23:50-də şübhəli şəxs hələlik şəxsiyyəti məlum olmayan tanışı ilə birlikdə sərxoş vəziyyətdə Kiyevin Baqqovutovsk küçəsində qarət məqsədilə A.Buxtatova hücum edib.
Onlar zərərçəkmişin baş hissəsinə dörd zərbə endirib, mobil telefonunu və bank kartını götürərək, hadisə yerindən qaçıb.
A.Buxtatovun cəsədi martın 14-də həmin küçədə aşkar edilib.