28 Mart 2019 15:57
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Prezident İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

"Hazırda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayə işi üzrə hadisəsinin baş vermə cəbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də yanğınla bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha - 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur" - deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər