5 Aprel 2019 10:58
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin bəraət istəmələri barədə verdikləri şikayət təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Quliyev 13 il, digər şəxslərin isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, həmin şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar.

Ölkə ərazisində olarkən həbs ediliblər.

Bundan başqa, istintaq sənədlərinə görə, Emin Quliyev mütəmadi olaraq sosial şəbəkələrdə azərbacanlıları Suriyada İŞİD-in tərəfində döyüşməyə çağırıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər