13 Aprel 2019 09:37
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Sərxan Sadıqovun apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Sadıqov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sərxan Sadıqov “Bakı Metropoliteni” QSC-nin polis əməkdaşı vəzifəsində çalışıb. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağını vəd edib. Lakin sonradan Sərxan Sadıqov verdiyi vədə əməl etməyib.

Ümumilikdə həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib.

Sərxan Sadıqova Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər