Bakının Xətai rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 1800 manat oğurlanıb.
Hadisə ilə bağlı mağaza sahibi Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə müraciət edib.
Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Əliyev saxlanılıb.
Onun üzərinə şəxsi axtarış keçirilərkən 56,818 qram heroin və 27,540 qram metamfetamin aşkar edilərək götürülüb.