24 Aprel 2019 23:28
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı sakini küçədə qarət olunub.

Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsindəki parkda baş verib.

1971-ci il təvəllüdlü Bəkirov Əliyar Əlsuvarv oğlu gecə saatlarında parkda olarkən Ağayev Cuanşir Kommunist oğlu və Paşayev Vüqar Şaban oğlu onun qarşısını kəsərək hədələyiblər. Daha sonra 230 manat pulunu götürüb hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.


Müəllif: Teleqraf.com