Türkiyədə kafedə atışma nəticəsində ən azı 10 nəfər yaralanıb.
Teleqraf.com-un məlumatına görə, hadisə ölkənin mərkəzində Səlcuqlu rayonunda baş verib.
Məlumata əsasən, 2 nəfər həmin rayonun kafelərinin birində mübahisə etməyə başlayıb. Daha sonra mübahisə davaya çevrilib. Onlardan biri silahdan atəş açıb.
Xəsarət alanlar Səlcuq Universitetinin tibb fakültəsinin yanında xəstəxanaya yerləşdirilib. Sübhəli bilinən şəxslər hadisə yerindən qaçıblar. Hazırda onlar polis axtarışındadırlar.