20 May 2019 19:11
1 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxslərin məhkəməyə gəlməkdən imtina etdikləri elan olunub.

Həmçinin elan olunub ki, polis idarələri məcburi gətirilmə haqqında qərarı icra etmirlər.

Buna görə də məhkəmə qərarı icra etməyən polis rəisləri barəsində Daxili İşlər Nazirliyinə müraciət edib.

İttihama görə, Vahib Xudadatov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Onun vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməsi müəyyən edili.

Cinayət işində 27 zərərçəkmiş var.

Vahi Xudadatov "Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər