21 May 2019 11:29
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Telman Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxışı mayın 29-na təyin edilib.

İttihama görə, 2015-ci ildə paytaxtın Bilgəh qəsəbəsində Telman Allahverdiyevin idarə etdiyi “Daewoo” markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə 1978-ci il təvəllüdlü Ramiz İsmayılovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində sürücü Ramiz İsmayılov hadisə yerində ölüb.

Hadisədən sonra Telman Allahverdiyev ölkədən qaçdığı üçün barəsində interpol vasitəsi ilə axtarış elan olunub.

Ötən il Telman Allahverdiyev Azərbaycan hüdudlarından kənarda saxlanılıb və ölkəmizə gətirilməsi təmin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər