28 May 2019 16:16
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) pulunu mənimsəyən şəxsə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, MMC-nin şikayəti əsasında Nicat Haqverdiyev həbs edilib.

“Az-Granata” MMC-nin işçisi olan Nicat Haqverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün Vüsal Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 30-na təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər