8 İyun 2019 16:36
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 550 manat və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Tovuz rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Məmmədov və A.Məmmədov saxlanılıblar.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Məmmədovun evindən 460 qram marixuana aşkar edilərək götürülüb.

Onların hər ikisinin əvvəllər də məhkum olunduqları üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov