9 Sentyabr 2014 16:23
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törədən sürücü tutulub.

Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də Göygöl rayonu ərazisində Aidə Məmmədovanın və Leyla Məmmədovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “VAZ-2106” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Həmçinin müəyyən edilib ki, avtomobilin sürücüsü - Gəncə şəhər sakini Alik Allahverdiyevdir. O, həbs edilib.

Hacı Zeynalov


Müəllif: