9 Sentyabr 2014 16:44
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayon ərazisində Bakı şəhər sakini Şahin Mirzəyev bıçaqlanıb. Kəsilmiş-deşilmiş xəsarət alan Şahin Mirzəyev xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Murad Babayev tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər