Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qız qaçırmaqda ittiham olunan Vilayət Lələyev, Nicat Kərimov, Fərid Kərimov və Nurlan Həsənovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin sentyabrın 3-də Qaradağ rayonu Səngəçal qəsəbə sakini Gülbəniz Quliyeva 11-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək qızı Cəmalənin qəsəbə ərazisindən “Opel” markalı avtomaşında olan 4 naməlum şəxs tərəfindən zorla aparılmasını bildirib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən “Opel” markalı avtomaşın Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonunun ərazisində saxlanılıb. Sürücü, Bakı şəhər sakini Nurlan Həsənov və sərnişinləri, Səngəçal qəsəbə sakinləri Vəliyyət Lələyev, Bərdə rayon sakinləri Nurlan Kərimov və Fərid Kərimov 11-ci bölməyə təhvil verilib. Cəmalə isə valideynlərinə qaytarılıb.
Araşdırmalar zamanı müəyyən olunub ki, mütəşəkkil dəstənin üzvləri Cəmaləni Nurlan Kərimovla evlənmək məqsədilə qaçırmaları müəyyən edilib. Mütəşəkkil dəstənin üzvlərinə Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı sentyabrın 11-nə təyin olunub.
Hacı Zeynalov