11 Sentyabr 2014 01:07
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda iki nəfərin yaralanması ilə nəticələnən qəza baş verib.

APA -nın məlumatına görə, hadisə Rüstəm Rüstəmov və Bəkir Çobanzadə küçəsinin kəsişməsində qeydə alınıb. Vaqif Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil, Samir Gəraylının idarə etdiyi "KİA" və Fazil Həsənovun idarə etdiyi "Nissan"la toqquşub. Qəza zamanı "Nissan"ın sürücüsü və xanım sərnişini müxtəlif bədən xəsarətləri alıblar. Hadisə yerinə təcili yardım çağırılıb və hər iki yaralı xəstəxanaya çatdırılıb.


Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsindən verilən məlumata görə, hadisənin səbəbkarı yaxınlıqdakı təhlükəsiz şəhər kameralarına baxıldıqdan sonra müəyyən olunacaq. Yararsız hala düşən maşınlar evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: